XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2018 - 16:32

“Azərbaycan Ermənistanla substantiv danışıqlara hazırdır” –XİN

 

 “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.

Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlamasını APA-ya şərh edərkən deyib. H. Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır: “Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”.