XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 09:25

Avro dollar və manata qarşı ucuzlaşdı –Ekspert buna səbəb kimi İtaliyadakı siyasi böhranı göstərir

“Gözlənildiyi kimi may ayında avro dollar nisbətən dəyər itirdi. Aya 1 avro 1.21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1.167 kursu ilə başa vurmaqdadır. Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir”. Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert avronun niyə ucuzlaşmasına aydınlıq gətirib: “Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü”.

V.Bayramov daha bir səbəb kimi qlobal maliyyə bazarı oyunçularının aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsirini göstərir:  “Bunu etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyyə olunmur. Dollara nisbətən ucuzlaşan avro manata qarşı da dəyər itirdi. Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər”-de ekspert vurğulayıb.

Turqut