XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 11:58

Fuad Muradov:“Diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır”

 

“Bizim diaspor məsələri ilə bağlı strateji istiqamətimiz olmalıdır. Bu istiqamət təkcə Rusiyadakı deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızın da yaşadıqları ölkə ilə Azərbaycan arasında körpü rolunu oynamasından ibarətdir”.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Dövlət Komitəsinin əsas məqsədlərindən biri diaspor təşkilatları arasında koordinasiya işini təşkil etməkdir.

Rusiyanın Həştərxan vilayətindəki Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən komitə sədri onları Rusiyanın digər regionlarında olan diaspor təşkilatlarına nümunə kimi göstərib: “Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin dediyinə görə, özünün köməkçiləri arasında iki azərbaycanlı var. Bu, çox yaxşı haldır”.