XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 İyun 2018 - 13:47

Elmar Məmmədyarov BMT-nin baş katibi ilə görüşüb –Qarabağ problemi müzakirə olunub

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində iyunun 1-də BMT baş katibi Antonio Quttereslə görüşüb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Xəbərə görə, BMT baş katibi E. Məmmədyarovu Azərbaycan Xalq Cümhiriyyətinin qurulmasının 100 illiyi münasibətilə təbrik edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsindən bəhs edilib. Nazir vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması regional sülhə ciddi təhdid yaradır.

Görüşdə tərəflər habelə, qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, mayın 28-də BMT-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyli ilə bağlı tədbir keçirilib. Nazir E.Məmmədyarov bu tədbirdə iştirak etmək məqsədi ilə ABŞ-a səfər edib.