XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 17:21

Səudiyyə kralı Qətəri müharibə ilə hədələdi –Rusiyadan S-400 sistemləri alınsa, tədbirlər görüləcək

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Fransa prezidentinə məktub göndərib. Məktubda bildirilir ki, əgər Qətər dövləti Rusiyadan S-400 zenit-raket kompleksləri alarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi əməliyyat keçirməyə hazır olacaq. Bu barədə “Monde” qəzeti məlumat yayıb.

Kral məktubunda Moskva və Doha arasında bu mövzuda aparılan danışıqlardan narahatlığını ifadə edib. O, narahatdır ki, Qətərdə S-400 sisteminin qurulması Səudiyyə hava məkanının təhlükəsizliyinə mənfi təsir edəcək. “Belə bir vəziyyətdə krallıq hərbi tədbirlər də daxil olmaqla, bu sistemi ləğv etmək üçün bütün lazımi addımları atmağa hazır olacaq”, – deyə məktubda bildirilib.

Kral Fransa prezidentindən xahiş edib ki, bu sövdələşmənin qarşısını alsın.

Qeyd edək ki, 2017-ci ildə Qətər və Rusiya arasında hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Qətrin Moskvadakı səfiri Rusiyadan hava hücumundan müdafiə sistemi ala biləcəklərini açıqlayıb.