XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 İyun 2018 - 17:30

Tramp Putinlə görüşməyi planlaşdırır –Məqsəd iki ölkə arasında fikir ayrılıqlarını yoluna qoymaqdır

Ağ evin Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü götür-qöy ediyi bildirilir. Bu barədə “Vall Street Journal” məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ-ın Moskvadakı səfiri Con Huntsman bu həftə Vaşinqtonda olarkən belə bir görüşün təşkili məsələsi müzakirə olunub. Məlumatda bildirilir ki, tərəflər hələ ki, görüşün yeri və vaxtı barədə razılığa gəlməyiblər. Mənbə yazır ki, sammitdə məqsəd iki ölkə arasındakı fikir ayrılıqlaqrını yoluna qoymaqdır.

Məlumata görə, söhbət ilk növbədə Suriya və Ukrayna münaqişələri , habelə nüvə silahı üzərində nəzarət məsələlərindən gedir. Ağ ev bundan əvvəl bildirimişdi ki, Donald Trampla Vladimir Putin bu ilin martında telefon söhbəti zamanı belə bir görüşün mümkünlüyünü müzakirə ediblər.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi də daxil olmaqla bir sıra ölkələr, 2014-cü ildə Krımın işğalı və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.  Qərb Rusiyanı Krımın işğalı və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamları rədd edir.