XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

02 İyun 2018 - 17:35

Paşinyan “qarətçiləri və korrupsiyaçıları” boykot etməyə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində “qarətçilər və korrupsiyaçıları” boykot etməyə çağırıb.

“Süni bahalaşma ilə qanunsuzluğun qanunçuluqdan yaxşı olduğunu sübut etməyə çalışanlar qanunun gücünü tezliklə hiss edəcəklər”, deyə Paşinyan yazır.

“Azadlıq” radiosu erməni xidmətinin məlumatına görə, supermarket sahibləri cümə günü baş nazirə məktub göndərərək risk altında olduqlarını bildiriblər.

Məktubda xüsusilə deyilir ki, supermarketlərin fəaliyyəti, həmçinin kənd təsərrüfatı məhsullarının qiymətləri prinsipial səbəblərə görə təhlükə altına düşüb.

Məktubda həmçinin hökumətin, ticarətlə məşğul olan təsərrüfat subektləri üçün qanuni məkan yaradılmasına yönəlmiş siyasətinə dəstək bildirilir.

Qeyd edək ki, Nikol Paşinyan, uzun etiraz aksiyalarından sonra mayın 8-də Ermənistanın yeni baş naziri seçilib.