XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 İyun 2018 - 22:45

Netanyahu Avropanı yola gətirməyə çalışır –Merkel İranın Yaxın Şərqdə İsrailə təhlükə törətdiyini deyib

 

Almaniya kansleri Angela Merkel və Benyamin Netanyahu İranın Yaxın Şərqdəki fəaliyyətlərinin təhlükəsizlik hədəsi yatratdığı barədə fikirlə razılaşıblar. Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Merkel iyunun 4-də İsrail baş naziri ilə Berlində birgə keçirdiyi mətbuat konfransındaİranın regiondakı təsiri, xüsusilə də İsrail üçün təhlükə yaratdığını deyib.

Netanyahu İranla böyük güclər arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə düzəlişlər edilməsi və İran qüvvələrinin qonşu Suriyadan çıxarılmasına nail olmaq məqsədilə Almaniya, Fransa və Britaniyaya səfər turuna çıxıb. Netanyahu dörd gün ərzində habelə Fransa və Britaniya liderləri ilə görüşməlidir.

O iyunun 3-də keçirdiyi kabinet iclasında deyib ki, “əsas prinsip üzərində israr edəcək: İsrail İranın Suriya və başqa yerlərdə bərqərar olmasına qarşı hərəkət azadlığını özündə saxlayır”.

İyunun 4-də habelə Beynəlxalq Atom Enerjisi Agentliyi Vyanada dörd gün davam edəcək iclas keçirir. Burada ABŞ-ın nüvə sazişindən çıxması ilə əlaqədar yaranmış vəziyyət müzakirə edilir. İclasın əvvəlində təşkialtın direktoru Yukiya Amano İranı 2015-ci il sazişinin şərtlərinə uyğun olaraq silah müfəttişləri ilə “vaxtında və fəal” əməkdaşlığa çağırıb. Amano bunu da bildirib ki, BAEA İranın bütün nüvə məntəqələrinə baş çəkə bilib və Tehran 2015-ci il sazişinə əməl etməkdə davam edir. Prezident Donald Tramp mayın 8-də Birləşmiş Ştatların nüvə sazişindən çıxacağını elan edib.

İsrail Trampın mövqeyini müdafiə edib və bildirib ki, nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehran üzərindən sanksiyaların qaldırılması İrana Yaxın Şərqdəki mövcudiyyətini genişləndirmək və Livanın Hizbullah təşkilatı kimi təmsili qrupları dəstəkləmək imkanı verib. İsrail ümid edir ki, nüvə sazişini imzalamış başqa ölkələr də ABŞ-ın mövqeyindən nümunə götürərək sənəddəki qüsurların aradan qaldırılmasını istəyəcəklər.

Amma sazişə imza atan başqa ölkələr – Britaniya, Fransa Rusiya, Çin və Almaniya bu razılaşmaya sadiq qaldıqlarını bildiriblər.

İranın ali rəhbəri ayətullah Əli Xamaneyi iyunun 4-də deyib ki, onun ölkəsi düşmənlər tərəfindən hücuma məruz qalarsa, bu hərəkətə şiddətli bir şəkildə cavab verəcək.

“Düşmənləri hücum etsə, Tehran 10 dəfə artıq hücum edəcək…Düşmənlər regionda müstəqil İranın olmasını istəmirlər. Biz zülm altında olan xalqlara dəstəyimizi davam etdirəcəyik. Düşmənlərimiz bizə qarşı iqtisadi və psixoloji müharibəyə başlayıblar və yeni Amerika sanksiyaları da bunun bir hissəsidir”.