XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

04 İyun 2018 - 23:13

Bu il Avropaya 30 mindən artıq miqrant sığınıb –Sularda boğulanların sayı isə 600 nəfəri ötüb

Tunisin Müdafiə Nazirliyinin bildirdiyinə görə, cənub sularında batan qayıqdan 67 nəfər xilas edilsə də, 46 miqrant həyatını itirib.

Əməliyyatlar nəticəsində xilas edilənlər arasında tunislilər və digər millətlər olduğu aşkar edilib.

Başqa bir insidentdə 6-sı uşaq olmaqla, 15 nəfərin Türkiyənin Antalya vilayətindən qayıqla yola düşdükdən sonra boğulduğu bildirilir. İtaliyanın Liqa partiyasının lideri Matteo Salvini yeni baş nazir vəzifəsinə təyin edilərkən miqrant axınına mane olacağına and içib. O, Afrikadan olan miqrantların hər il 100 mininin deportasiya ediləcəyini deyib.

“Nə İtaliya, nə də Siciliya Avropanın qaçqın düşərgəsi olacaq” – deyə baş nazir söz verib. İspaniyada Aralıq dənizi vasitəsi ilə Avropaya üz tutan 240 adamın xilas edildiyini, lakin 1 nəfərin boğulduğunu qeyd edilib. Bildirilib ki, bu insanlar 11 kiçik qayıqla sulara çıxıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2018-ci ilin ilk 147 günü ərzində 30300 miqrantın Avropa ölkələrinə sığındığını bildirib.