XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2018 - 23:55

Putin 6 generalı qovdu –Aralarında FHN-nin birinci müavini də var

Rusiya prezidenti Vladimir Putin güc strukturlarında çalışan 6 generalı vəzifədən kənarlaşdırıb.

Bu barədə məlumatı RİA Novosti agentliyi hüquqi informasiya portalına istinadla yayıb.

İnformasiyaya görə, FHN rəhbərinin birinci müavini Vladimir Stepanov vəzifəsindən azad edilib.

Bundan başqa, azad edilən generallar arasında bir müddət əvvəl dövlət əmlakının talan edilməsi maddəsilə barəsində cinayət işi açılmış Kemerovo vilayətinin FHN baş idarəsinin rəhbəri Aleksandr Mamontov da yer alır.