XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 13:05

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. İran Prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmini bildirən Prezident İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə yüksək səviyyəyə qalxdığını qeyd edib.

Dövlət başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.