XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 16:52

Azərbaycan və Gürcüstan gömrük sahəsində ilkə imza ata bilər- Vahid gömrük inzibati binasının inşası üzrə danışıqlar gedir

Azərbaycan Gürcüstanla sərhəddə vahid gömrük inzibati binasının tikintisi üzrə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O qeyd edib ki, əgər danışıqlar uğurla davam etsə, bu, regionda hər iki ölkənin gömrükçülərinin birgə çalışdığı ilk birgə inzibati bina olacaq:

“Yeni binanın “Sınıq Körpü” nəzarət-buraxılış məntəqəsinin (NBM) yaxınlığında inşası planlaşdırılır”.

S.Mehdiyev bildirib ki, bu məsələ ilə bağlı müsbət qərar ticarətin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə və NBM-lər vasitəsilə vətəndaşların və yüklərin buraxılışını sürətləndirməyə gətirib çıxaracaq.