XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

06 İyun 2018 - 03:15

ABŞ Türkiyəyə “F-35” təyyarələrini verməkdən imtina edə bilər –Ankara Rusiyanın “Su-57” qırıcılarını alsa

Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan  “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.