XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

06 İyun 2018 - 11:07

Nazir zəlzələ baş verən bölgəyə getdi –Zataqalada bir nəfər dünyasını dəyişib  

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələ nəticəsində bilavaitə insan tələfatı qeydə alınmayıb. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə cəmi 15 müraciət daxil olub. Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib

Hazırda zəlzələ ocağında afterşoklar davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib ki, indiyədək 7 afterşok qeydə alınıb. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək. (APA)

Zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təcili Zaqatalaya getdiyi bildirilir. (qafqazinfo.az)