XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

06 İyun 2018 - 12:23

Dilqəm və Şahbaza işgəncə verilməsi ilə bağlı videogörüntü Avropa Məhkəməsinə göndərilib

Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı sənədlər və videogörüntü Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Avropa Məhkəməsində bununla bağlı bir sıra yeniliklər əldə edilib: “Avropa Məhkəməsində kommunikasiya işləri davam edir. Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların əldə edilməsinin şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanıb. Avropa Məhkəməsi onların hüquqlarını tanımalıdır”.