XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2018 - 16:26

DÇ-2018:Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, FİFA-nın mətbuat xidmətindən açıqlama verilib. Bildirilir ki, ölkə vətəndaşları indiyədək ali fubol qurumundan 500 bilet əldə ediblər. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.