XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 İyun 2018 - 19:08

Prezident Müdafiə Nazirliyi haqqında Əsasnaməyə dəyişiklikləri təsdiq edib- Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521; 2015, № 11, maddə 1309; 2016, №1, maddə 48; 2017, №12 (I kitab), maddə 2344; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər təsdiq edilib.