XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 18:27

“Fənərbağça” klubuna fransalı idman direktoru təyin olunub

Türkiyənin “Fənərbağça” klubunun yeni idman direktoru təyin olunub.

“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Damyen Komolli ilə 3 illik razılıq əldə edib.

Yeni idman direktoru ilə iyunun 12-də “Şükrü Saracoğlu” stadionunda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, fransalı Damyen Komolli Fransanın “Monako”, İngiltərənin “Arsenal”, “Liverpul” və “Tottenhem” klublarında müxtəlif vəzifələrdə işləyib. O, “Arsenal”da çalışarkən Kola Tureni, Tyerri Anrini və Rober Piresi, “Tottenhem”də isə Qaret Beyli kəşf edib. O həmçinin Luka Modriç, Dimitar Berbatov, Roman Pavluçenko və Luis Suares kimi futbolçuların transferlərini reallaşdırıb.