XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2018 - 13:43

Rusiyanın yeni səfiri Azərbaycana gəldi

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib. Bu barədə APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

  1. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.