XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2018 - 14:57

Dövlət Agentliyində kadr dəyişikliyi –Yeni aparat rəhbəri təyin olundu

Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Strateq.az “Report”-a xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib.

O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib.

Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.