XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2018 - 23:55

PKK türk hərbçilərə hücum edib –1 əsgər həlak olub, 3-ü yaralanıb

Türkiyənin Bingöl əyalətində PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi həlak olub, 3-ü  isə yaralanıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident Yedisu rayonunda qeydə alınıb.

Yaralanan hərbçilər xəstəxanalara çatdırılıb.

Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.