XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 10:47

Bakı-Şamaxı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq- Bu gün axşam saatlarınadək

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.