XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

09 İyun 2018 - 15:28

Nərgiz Paşayeva “Birlik ulduzları”na layiq görülüb- Dövlətlərarası mükafat

“Birlik ulduzları” dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.

N. Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatının laureatı olub.

Laureatların təntənəli mükafatlandırılma mərasimi iyunun 19-20-də Astanada MDB üzvü yaradıcı və elmi ziyalılarının XIII Forumunda keçiriləcək.

Qeyd edək ki, “Birlik ulduzları” dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.