Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın, Bolqarıstanın və Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri – Mixail Nikolayeviç Boçarnikovun, Nikolay Hristov Yankovun və Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib. Strateq.az bu barədə prezidentin rəsmi saytına istinadən xəbər verir. Mərasimdə ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılıb.