XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 İyun 2018 - 14:27

Ərəb milyonçu Bakıda lüks otel aldı

Kuveytli investor Bakıda yerləşən “Monolit Plaza” lüks hotelini alıb.  

“Trend” Agentliyinin yaydığı məlumata görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: “Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə – 99 il.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.