XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 16:08

Bir ailənin 6 üzvü qəzada ağır xəsarət aldı

Zaqatalada bir ailənin 6 üzvü qəzaya düşüb.

Stratq.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə saat 03 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu, Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Ramiz Bayram oğlu Seyidov idarə etdiyi “Mersedes” markalı “99 KT 616” dövlət nömrə nişanlı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb və maşın yolun səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R. Seyidov, onun həyat yoldaşı – 1981-ci il təvəllüdlü Aytən Kamil qızı Seyidova, onların övladları – 2000-ci il təvəllüdlü Xəqani və 2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı-1976-cı il təvəllüdlü Esmira Bayram qızı Məmmədova və Esmiranın qızı – 2014-cü il təvəllüdlü Fatimə Loğman qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan sayta bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrini davam etdirmək üçün Balakən MRX-a göndəriliblər.