XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 19:41

Roma Papası Tramp-Kim zirvəsinə xeyir-dua verdi

 

Roma Papası Fransisk ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın görüşünə uğurlar arzulayıb.

“Report” xəbər verir ki, bu barədə TASS Roma-katolik kilsəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Roma Papası bütün Koreya yarımadasında sülhün olacağına ümidini ifadə edib.

“Yenidən Koreya xalqına dualar və dostluq mesajı çatdırmaq istəyirəm. Yaxın günlərdə Sinqapurda baş tutacaq danışıqlar Koreya yarımadasında və bütün dünyada sülhün gələcəyinə zəmanət verən hadisələrin müsbət inkişafınə töhfə verə bilər. Buna görə Tanrıya dua eləyək”, – deyə Fransisk bildirib.

Qeyd edək ki, Kim Çen In və Tramp artıq danışıqların keçiriləcəyi Sinqapura gəliblər.