XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 İyun 2018 - 23:09

“Azərbaycanla Rusiya arasındakı dostluq havasına ölkə prezidentləri də dəstək verir” –Mixail Boçarnikov

“Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur. Bu dostluq ab-havasına ölkə prezidentləri tərəfindən də dəstək verilir”.

Bu fikirləri Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirilən qəbulda deyib.

Səfir bildirib ki, hazırda iki ölkə arasında parlamentlərarası əlaqələr yüksək səviyyədədir, həmçinin humanitar və ticarət sahələrində uğurlu əməkdaşlıq var.

M.Boçarnikov həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb/Report.