XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 İyun 2018 - 00:45

Poroşenko da Türkiyəyə səfər edəcək –TANAP-ın açılışına qatılacaq

Ukrayna prezidenti Petro Poroşenko bu gün Türkiyəyə səfər edəcək.

Səfər çərçivəsində Poroşenko Transanadolu qaz kəmərinin (TANAP) açılışında iştirak edəcək.

“Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğanın dəvəti əsasında həyata keçirilir. Səfər proqramına xarici dövlətlərin liderləri ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub”, – deyə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir/Trend.