XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

12 İyun 2018 - 10:43

“KamAZ” minik avtomobilinin üstünə aşdı –Dəhşətli qəzada bir ailənin 3 üzvü həlak olub

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az-ın “Report”a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “KamAZ” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub. Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə “VAZ-2106″da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib. Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.