XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 11:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsi:"Builki "Son zəng" tədbirləri yaxşı səviyyədə keçiriləcək"

“İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi cəlb olunmur. M.Vəliyeva vurğulayıb ki, şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilir: “Builki “Son zəng” tədbirləri də yaxşı səviyyədə keçiriləcək”.

İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: “27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək”.

Report