XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2018 - 20:48

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, iyunun 15-dən 20-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 09:00-dan axşam saat 19:00-dək davam edəcək.