Qazax rayon sakini silahlı insident nəticəsində güllə yarası alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralı Quşçu Ayrım kənd sakini, 1991-ci il təvəllüdlü Ağamaliyeva Gulanə Afiq qızıdır. Düşmən tərəfində açılan atəş nəticəsində ayağından yaralanıb. Yaralı Qazax rayon Müalcə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.