XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 23:45

İŞİD, Suriya, Ukrayna, Koreya… –Kerri ilə Lavrov telefonda müzakirə aparıblar

kerri lavrovABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər bir sıra beynəlxalq məsələləri müzakirə edib, yaxın müddət ərzində görüşməyi planlaşdırıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, Kerri ilə Lavrov Suriyada hazırkı durumu, İŞİD-lə mübarizə məsələlərini, Ukraynadakı vəziyyət və Şimali Koreyanın nüvə sınaqlarını müzakirə ediblər.

“Tərəflər bir-biri ilə daha sıx əlaqə saxlayacaqlarını bildirərək, yaxın müddət ərzində görüşəcəkləri ilə bağlı razılığa gəliblər”, – deyə C.Kirbi bildirib.