XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 İyun 2018 - 22:22

DÇ-2018: Danimarka Perunu tək qolla məğlub etdi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün üçüncü oyununda “C” qrupunda Danimirka ilə Peru bu gün qarşılaşıblar.

Strateq.az xəbər verir ki, Saranskdakı “Mordoviya Arena”da baş tutan oyunda Danimarka qalib gəlib – 1:0.

Oyunda yeganə qol 59-cu dəqiqədə vurulub.

Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Argentina-İslandiya qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək.