XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 07:09

İŞİD-lə “Taliban” biri-birnə qarşı cihad elan etdi

Mullahila: “İŞİD-ə hansısa ölkələrin xüsusi xidmətləri dəstək verir”

İŞİD qruplaşmasının yaraqlıları və Əfqanıstanın “Taliban” hərəkatı bir-birinə qarşı cihad elan edib.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Əqanıstanın xüsusi xidməti bu barədə müvafiq sənədlər əldə edib.

Gilmənd vilayətinin başçısı Mullahilanın sözlərinə görə, taliblərə qarşı duran yaraqlılara hansısa ölkələrin xüsusi xidmətləri dəstək verir.

“The Oslo Times”-ın yazdığına görə, qruplaşmalar arasında münaqişə İŞİd lideri Əbu Bəkr əl-Bağdadi “Taliban”ın banisi molla Muhəmməd öməri “səfeh və savadsız, nə siyasi, nə də ruhani inama layiq olan hərbi başçı” adlandırandan dərhal sonra başlanıb.

Taliblərin lideri cavabında bildirb ki, hərəkat üzvlərindən heç biri İŞİD-in bayrağı altında durmayacaq, qruplaşmanın bayraqları isə əfqan torpağında görünməyəcək.

Qruplaşmalarn toqquşmaları barədə hələlik məlumat yoxdur.