XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyun 2018 - 15:16

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu –Püşkatma

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 1-ci mərhələdə Sloveniyanın “Olimpiya Lyublyana” klubu ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.