XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2018 - 12:02

“Hər ayın sonuncu günü amnistiya üçün adlar təqdim edirik” –Elmira Süleymanova

“Bu günədək Azərbaycan Ombudsmanın amnistiyaya təqdim etdiyi adlardan 638-i əfvə düşüb”.

Bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə 11 amnistiya aktı, həm də 64 əfv sərəncamı imzalanıb: “Sonuncu əfvdə bugünədək olan ən çox adam – 624 nəfər əfv olunub. Onun 72-ni Ombudsman təqdim etmişdi. Ümumiyyətlə, hər ayın son günü mütləq şəkildə amnistiya üçün adlar təqdim edirik”.

Report