XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

20 İyun 2018 - 20:12

Məşhəddə kafelər və restoranlar bağlanacaq –İran-İspaniya matçına görə

İranın Məşhəd şəhərində İran-İspaniya matçı zamanı fəaliyyət göstərən bütün kafe və restoranlar bağlı olacaq. 

Bu barədə Məşhəd Şəhər Polis İdarəsi məlumat yayıb.

Buna səbəb görüşün ictimai yerlərdə baxılmasının qarşısını almaqdır. Şəhərdəki obyektlər qarşılaşmanın başlanmasına yarım saat qalmış bağlanacaq.

Dünya çempionatının B qrupunun ilk matçında İran yığmasının Mərakeşi 1:0 hesabı ilə məğlub etdiyi görüş Məşhəddəki kafe və restoranlarda izlənilib və azarkeşlərin sevinc anları sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İran-İspaniya matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq/Report.