XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 İyun 2018 - 20:45

“Polisin müvəqqəti saxlama yerlərində birbaşa və məhdudiyyətsiz monitorinqlər keçirilir” –Nazir müavini

Ombudsmanın Milli Preventiv Qrupunun, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən polisin müvəqqəti saxlama yerlərində birbaşa və məhdudiyyətsiz monitorinqlər keçirilir.

Bunu “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında daxili işlər nazirinin müavini İsmət Əliyev deyib.

Nazir müavini bildirib ki, son 10 ildə Daxili İşlər Nazirliyinin (DİN) 72 müvəqqəti saxlama yerində aparılan monitorinqlər zamanı insan hüquq və azadlıqlarının pozulması halı aşkar olunmayıb.

İ. Əliyev qeyd edib ki, polis əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması hallarına dair şikayətlər, kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı DİN tərəfindən xidməti araşdırmalar aparılır və lazımi tədbirlər görülür/Axar.az.