XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 11:55

Azərbaycanın ali təhsil müəssisələrində 5410 əcnəbi vətəndaş təhsil alır- 75 ayrı ölkədən

2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində ümumilikdə 75 ölkədən gəlmiş 5410 əcnəbi vətəndaş təhsil alır.

“Report” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci ilə olan yekun hesabatında qeyd edilib.

Təhsil naziri Ceyhun Bayramovun təqdim etdiyi hesabatda qeyd olunub ki, əcnəbi tələbələrin 40,3 faizini Türkiyə vətəndaşları təşkil edir. İran, Rusiya, və Gürcüstan kimi qonşu dövlətlərdən gələn tələblərin sayı çox olmasına baxmayaraq, Çin, Hindistan, Pakistan və Banqladeş kimi dövlətlərin vətəndaşları da ilk onluğa daxildir. 2017-2018-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul olan əcnəbi tələbələr üzrə ölkə sayı 43 olub. Estoniya, Monqolustan, Filippin və Şeir Lanka hesabat ilində bu siyahıya yeni qoşulub.

Qeyd edək ki, tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak ediblər.