XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

22 İyun 2018 - 19:19

Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə razılaşdı

Xəzər dənizinin hüquqi statusu haqqında layihə üzv-dövlətlərə sualtı boru kəmərləri çəkmək imkanı verəcək “RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, bu haqda Rusiya hökumətinin ictimailəşdirdiyi sənədin mətnində deyilir.

Cümə günü Rusiya prezidentinə konvensiyanın layihəsinin imzalanması təklif olunan hökumət sərəncamının mətni dərc olunub. Layihənin mətni isə  rəsmi hüquqi informasiya portalında ictimailəşdirilib.

“Tərəflər Xəzər dənizinin dibi ilə sualtı naqillər və boru xətləri çəkə bilər”, – deyə konvensiya layihəsinin 14-cü maddəsində deyilir. Habelə sənəddə göstərilir ki, belə layihələr tərəflərin üzv olduğu beynəlxalq sazişlərdə təsbit olunmuş ekoloji tələb və standartlara cavab verməlidir.

Xüsusilə Xəzərin dəniz mühitinin qorunması üzrə 2003-cü il tarixli Çərçivə konvensiyası və ona aid olan protokollar əsas götürülür. (Oxu.az)