XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2018 - 23:56

DÇ-2018: İsveçrə Serbiyanı məğlub etdi –"Beşiktaş"lının qolu kara gəlmədi

Dünya çempionatında E qrupunda 2-ci turun son oyunu keçirilib.

Strateq.az xəbər verir ki, bu qrupda Serbiya ilə İsveçrə milliləri qarşılaşıb.

Oyunun 10-cu dəqiqədə Serbiyanın “Beşiktaş”lı hücumçusu Mitroviç hesabı açıb: 1-0.

İsveçrə isə bu qolun əvəzini ikinci hissədə çıxmağı bacarıb. Belə ki, Xaka matçın 52-ci dəqiqəsində İsveçrənin bərabərlik qolunu vurub – 1:1.

Oyunun 89-cı dəqiqəsində İsveçrəli Şakiri əks hücumla qapıçı ilə təkbətək çıxdı və dəqiq zərbə ilə komandasını önə çıxarıdı – 1:2

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 4 dəqiqədə də hesab dəyişməyib- 1:2.

Bu oyundan sonra qrupda Brazilya 4, İsveçrə 4, Serbiya 3, Kosta-Rika isə  xalsızdır.

Növbəti turda Brazilya Serbiya ilə, İsveçrə isə Kosta-Rika ilə qarşılaşacaq.