İyunun 22-də Şəkidən 14 kilometr şərqdə – Oğuz rayonu ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a bildirilib ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:44:17-də qeydə alınıb. Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bala qədər hiss olunub.