XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

23 İyun 2018 - 16:39

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binası istifadəyə verilib- FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilən yeni inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilmiş dördmərtəbəli bina yüzdən artıq inzibati və xidməti iş otaqları, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalından ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Ərazidə nəzarət buraxılış məntəqəsi, xüsusi avtomobil texnikası üçün saxlanc, yeməkxana tikilib, ağac və dekorativ gül kolları əkilib, asfalt örtüyü salınıb.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.