Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, G qrupu üzrə Belçika və Tunis yığmaları üz-üzə gəlib.
Oyun Belçika yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Saat 19:00-da Cənubi Koreya Meksika ilə, saat 22:00-da isə Almaniya isə İsveçlə görüşəcək.
Bugünkü görüş Almaniya üçün son şans kimi qiymətləndirilir. Belə ki, qələbə qazana bilməsə, qrupda qalacaq.
Qeyd edək ki, iyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.