XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2018 - 22:16

“Sınıq Körpü”də ticarət asanlaşacaq- Açıqlama

“Sınıq Körpü” gömrük-sərhəd buraxılış məntəqəsinin yaxınlığında tikilən Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası tezliklə yekunlaşacaq.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.

O, qeyd edib ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində tikilir.

DGK nümayəndəsinin sözlərinə görə, TAM-ın istifadəyə verilməsi “Sınıq Körpü” gömrük-sərhəd keçid məntəqəsinin yükünü xeyli azaldacaq, burada mal və nəqliyyat vasitələrinin daha da sürətli keçidinə, ticarətin asanlaşdırılmasına şərait yaradacaq: “Layihə çərçivəsində tikintisi davam etdirilən mərkəz “Sınıq Körpü” gömrük-sərhəd buraxılış məntəqəsinin yaxınlığında, terminal ərazisində gömrük nəzarətinin, eləcə də baytarlıq, sanitar və fitosanitar nəzarətin tam şəkildə başa çatdırılmasına əlverişli imkan yaradacaq. Bundan başqa, ərazidə yükləmə-boşaltma yerləri, malların saxlanması üçün saxlanc anbarları, nəqliyyat vasitələrinin park edilməsi üçün dayanacaqların yaradılması gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesinin daha effektiv və sürətli şəkildə həyata keçirilməsinə münbit şərait yaradacaq. Bu isə öz növbəsində ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”.

Mərkəzin 2018-ci il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.