XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

24 İyun 2018 - 21:26

DÇ-2018:Seneqal yığması iki dəfə önə çıxdı, lakin yaponların əzmini qıra bilmədilər

Bu gün  dünya çempionatında II turun daha bir oyunu keçirilib.

Strateq.az bildirir ki,  H qrupunda Yaponiya ilə Seneqal qarşılaşıb.

Oyunda Afrikalılar hesabda 2 dəfə önə keçsələr də, qələbə qazana bilməyiblər. 11-ci dəqiqədə Sadiqo Manenin qoluna 34-cü dəqiqədə Takaşi İnui, 71-ci dəqiqədə Mussa Vaquenin dəqiq zərbəsinə isə 78-ci dəqiqədə Keysuke Honda cavab verib.

Bununla hər iki komanda 4 xalla qrupda liderliyini davam etdirib. II turun son görüşü hələ xalı olmayan Polşa və Kolumbiya milliləri arasında keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.