XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

27 İyun 2018 - 10:36

“Instagram”dan yenilik:artıq videozənglər etmək də mümkündür

“Instagram” sosial şəbəkəsi istifadəçiləri üçün yenilik edib.

Trend-in məlumatına görə, şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.

Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.

Şəkillərin və qısa videoların paylaşılması üçün “Instagram” tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız “Apple” şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis “Android” platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, “Facebook” şirkəti “Instagram”ı 1 milyon dollara alıb.