XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2018 - 11:40

Niderlandda niqab və parança qadağan olundu –İcitmai yerlərdə qadağanı pozanları 400 avro cərimə gözləyir

Niderland parlamentinin birinci palatası ictimai yerlərdə üzü bağlayan geyimlərin qadağan edilməsinə səs verib. Bu barədə “Financial Times” nəşri yazır.

Yeni qanuna görə, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində paranca və niqab gadağan edilir. Qaydanı pozanları 400 avro cərimə gözləyir. Yeni qanunun 2019-cu ilin əvvəlində qüvvəyə minəcəyi gözlənir. Parlamentin ikinci palatası bu qadağanı hələ 2016-cı ildə qəbul edib.

Həmçinin Danimarka 2018-ci il mayın sonlarında ictimai yerlərdə niqab və burka da daxil olmaqla üzü bağlayan geyimləri qadağan edib.

Bundan əvvəl Avstriya, Belçika və Fransa, habelə İsveçrə və İspaniyanın bir sıra rayonları, Kanadanın Kvebek əyalətində də bu cür qadağalar tətbiq edilib. (Azadlıq.org)